Ambrolauridə dializ xidməti fəaliyyətə başlayıb
Ambrolauridə dializ xidməti fəaliyyətə başlayıb

 

Ambrolauridə dializ xidməti fəaliyyətə başlayıb. Məlumatı Səhiyyə Nazirliyi yayır.

Səhiyyə Nazirliyi tərəfindən verilən məlumatda, yerli benefisiarların dializ terapiyası üçün müxtəlif bölgələrə getməyə məcbur olduqları, bunun da sağlamlıq vəziyyətinin pisləşməsi, əlavə vaxt və xərclərlə bağlı olduğu deyilir.

Ambrolauridə “Regional Səhiyyə Mərkəzi”nin tibb müəssisəsi dializ üçün lazımi tibbi avadanlıqla tam təchiz edilib. Birinci mərhələdə benefisiarlara Sameqrelo və İmeretidən dəvət olunmuş mütəxəssislər xidmət göstərəcəklər, yaxın gələcəkdə isə onları nazirlik tərəfindən hazırlanmış mütəxəssislər əvəz edəcəklər.

Bu mərhələdə Ambrolauridə 15-ə qədər pasient dializ xidməti qəbul edir, növbəti həftədən isə yaxınlıqdakı munisipalitet və kəndlərdə yaşayan 25-ə qədər benefisiar bu xidmətdən yararlanacaq. Dializ terapiyasının tətbiqi ilə əlaqədar səhiyyə nazirinin müavini Ambrolauridə olub.

İlia Ğuduşauri , Mestia və Ambrolauridən sonra sözügedən xidmətin Lançxuti, Tianeti və Ğazbeqidə fəaliyyətə başlayacağını bildirib. Səhiyyə naziri 2022-ci ilin aprel ayında regionlarda dializ xidmətlərinin çatımlılığının artacağını açıqlayıb.