Almaniyada miqrantları daşıyan furqon tipli avtomobil qəzaya uğrayıb, 7 nəfər həlak olub
Almaniyada miqrantları daşıyan furqon tipli avtomobil qəzaya uğrayıb, 7 nəfər həlak olub

Almaniyada qaçaqmalçılıqda şübhəli bilinən və furqon tipli avtomobillə miqrantları daşıyan şəxs sükanın idarəetməsini itirib-bu barədə media məlumat yayır.

Qəza nəticəsində azı 7 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Yayılmış məlumata əsasən, qəza Almaniyanın cənubundakı şəhərlərdən birinin şossesində polisin təqibi səbəbilə sürət həddinin aşılmasına görə baş verib. Nəqliyyat vasitəsində uşaqlar və sürücü də daxil olmaqla 22 miqrant olub. Yaralılar yerli xəstəxanaya çatdırılıb.