Almaniyada Koalisiya iqtidarının formalaşması ilə bağlı danışıqların qərar verici raundu başlayır
Almaniyada Koalisiya iqtidarının formalaşması ilə bağlı danışıqların qərar verici raundu başlayır

Almaniyada Koalisiya iqtidarının formalaşması ilə bağlı danışıqların qərar verici raundu başlayır.

Angela Merkelin konservatorları yeni iqtidarın formalaşması üçün sosiyal-demokratlarla yenidən danışıqlar aparacaqlar.

Almaniya artıq üç aydır yeni iqtidarsız qalıb. Bugün start alan danışıqlar prosesi beş ay davam edəcək.

Bir çox ekspert qeyd edir ki, bu Merkelin iqtidar yaratması üçün son şansdır.

Danışıqlar zamanı əsas mövzular olaraq, imiqrasiya, vergi sistemi və səhiyyə məsələləri müzakirə olunacaq.

Bununla yanaşı, artıq məlumdur ki, Almaniya əhalisinin əksəriyyəti artıq Angela Merkelin daxil olduğu  koalisiyayı dəstəkləmir.

Aparılan son sorğulara əsasən, bənzər koalisiyanın yaradılmasını vətəndaşların 52%-i dəstəkləmir. 54% isə, yeni seçkilərin keçirilməsinin tərəfdarıdır.

Danışıqların müsbət başa çatacağı halda belə, aprel ayına qədər Almaniyanın yeni iqtidarı olmayacaq.