Almaniyada işləyən Gürcüstan vətəndaşları adından alman konsultasiya xidməti Əmək Mübahisələri Məhkəməsinə maaş məsələsinə dair  şikayət ərizəsi daxil edib

Almaniyada işləyən Gürcüstan vətəndaşları adından alman konsultasiya xidməti Fridrixshapen şəhərinin Əmək Mübahisələri Məhkəməsinə şikayət ərizəsi daxil edib. Bu barədə Gürcüstanın Birinci Kanalına , Almaniyadakı qaçqın və miqrantların əmək hüquqlarını qoruyan Federal Əmək və Sosial İşlər Nazirliyinin maliyyələşdirdiyi “Mira” məsləhət xidməti məlumat verib.

Xatırladaq ki, məşğulluq proqramı çərçivəsində Almaniyaya mövsümi iş üçün gedən bir qrup Gürcüstan vətəndaşı iş və yaşayış şərtlərindən şikayətlənirdilər. Onların sözlərinə görə , işəgötürən maaşlarını müqavilə şərtləri ilə ödəməyib. Bu səbəbdən 18 iyun tarixində Almaniyanın Əmək və Sosial İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən onlar yeni sahibkarın yanına keçiriliblər.

Qrup üzvlərinin sözlərinə görə, ikinci sahibkarın yanında yaşayış şəraiti qənaətbəxş olub, lakin ödəniş məsələsi problem olaraq qalıb. Konkret olaraq desək, yeni işəgötürən Gürcüstan vətəndaşlarına saatlıq olaraq deyil, yığılmış çiyələk miqdarı ilə maaş verirdi. Bu səbəbdən qrupun 11 üzvü Gürcüstana erkən dönməyə qərar verdi.