Almaniya səfiri Marneulidə Jvaniya adına regional təhsil mərkəzinin fəaliyyəti ilə tanış oldu
Almaniya səfiri Marneulidə Jvaniya adına regional təhsil mərkəzinin fəaliyyəti ilə tanış oldu

Almaniya Federasiyasının səfiri Hubert Knirş Marneulidə Zurab Jvaniya adına regional təhsil mərkəzinin fəaliyyəti ilə tanış oldu və Jvaniya məktəbi tərəfindən milli azlıqlar üçün təklif edilən proqramlarla maraqlandı.

Təhsil Nazirliyinin məlumatına görə, görüşdə Marneulinin majoritar deputatı Tamaz Naveriani, bölqə qubernatoru Şota Rexviaşvili, Almaniyanın Beynəlxalq Əməkdaşlıq GİZ-proqramının rəhbəri Fridrix Roxvanski və digər qonaqlar iştirak edirdilər.

Jvaniya məktəbinin direktoru Ketevan Jakeli məktəbdə həyata keçirilən təhsil proqramları haqqında danışdı və gələcək planları təqdim etdi.

Təhsil Nazirliyinin məlumatına görə, görüşün sonunda, diqqət məktəbin beynəlxalq partnyorları və həmçinin, Almaniya tərəfi ilə gələcəkdə planlaşdırılan əməkdaşlığa yetirildi.