Almaniya polisi Avropa Parlamentində işləyən "Almaniya üçün alternativ"in üzvünün köməkçisini saxlayıb, o, Çinin xeyrinə casusluqda ittiham olunur
Almaniya polisi Avropa Parlamentində işləyən "Almaniya üçün alternativ"in üzvünün köməkçisini saxlayıb, o, Çinin xeyrinə casusluqda ittiham olunur

 
Almaniya polisi Avropa Parlamentində işləyən “Almaniya üçün alternativ” partiyasının üzvü, Maksimilian Krahın köməkçisini saxlayıb. O, Çinin xeyrinə casusluqda ittiham olunur.

Almaniya Prokurorluğunda Cian Q.-nin Çinin məxfi xidməti üçün işlədiyini və mütəmadi olaraq onlara Avropa Parlamentində aparılan danışıqlar və qərarlar barədə məlumat verdiyini açıqlayıblar.

Hadisə ilə əlaqədar Almaniyanın “Yaşıllar” partiyası Brüsseldən də istintaq tələb edib.

“Çin və Rusiya kimi avtokratlar aktiv olaraq Avropadakı demokratiyalarımızı sarsıtmağa çalışırlar. Biz bunu dayandırmalıyıq. Avropa Parlamenti daxilində istintaq sürətləndirilməlidir” – “Yaşıllar” partiyasının üzvü Terri Reintke açıqlayıb.