Alkoqol sərxoşluğu, narkotik və ya psixotrop maddələrin təsiri altında mopedin idarə edilməsinə görə cərimənin məbləği artıralacaq
Alkoqol sərxoşluğu, narkotik və ya psixotrop maddələrin təsiri altında mopedin idarə edilməsinə görə cərimənin məbləği artıralacaq

 

Alkoqol sərxoşluğu vəziyyətində mopedi sürmək sürücünün 500 lari məbləğində cərimələnməsinə səbəb olacaq.

Levan İoseliani və Aleksandre Elisaşvili tərəfindən qanunvericilik təşəbbüsü qaydası ilə təqdim olunan  və “Yol Hərəkəti Qanunun”-da dəyişikliklər edilməsi ilə bağlı olan qanunlayihəyə sözü gedən dəyişiklik daxil ediləcək. Bunu Hüquq Məsələləri Komitəsində ikinci oxunuşla müzakirə ediblər.

Qanunlayihənin ilk variantında sözü gedən inzibati xətaya görə 300 lari həcmində cərimə nəzərdə tutulmuşdu.

Qanunlayihəyə əsasən, mopedin narkotik və ya psixotrop sərxoşluq vəziyyətində idarə edilməsi sürücünün- 600 lari əvəzinə 1500 lari cərimələnməsi ilə nəticələnəcək.

Məlumatı Gürcüstan Parlamentinin Mətbuat Xidməti yayır.