Alilo yürüyüşünə görə, avtobusların marşrutları müvəqqəti olaraq dəyişdiriləcək

Milad bayramında ənənəvi Alilo yürüyüşünə görə, Tbilisidə yanvarın 7-də saat 14:00-dan Rustaveli prospekti, Puşkin və Barataşvili küçələri müvəqəti olaraq, bağlanır.

Bu barədə bəyanatı Tbilisi meriyası yaydı.

Meriyanın məlumatına görə, bu məhdudiyyətlər sadəcə bir günlükdür.

Rustaveli prospekti açılana qədər isə, avtobuslar Mtkvarinin sağ sahili və Elbakidze küçəsindən hərəkət edəcəklər.