Alqeti təlim bazasında komanda-qərargah təlimi başa çatıb
Alqeti təlim bazasında komanda-qərargah təlimi başa çatıb

 

Tapşırıq yönümlü dörd günlük təlim Alqeti bazasında başa çatıb. Müdafiə nazirinin müavini Qriqol Qiorqadze Təlim və Hərbi Təhsil Komandanlığının və ona tabe olan bütün struktur bölmələrin şəxsi heyətinin iştirakı ilə müxtəlif lokasiyalarda keçirilən təlimi müşahidə edib.

Komanda-qərargah təlimi qərargahların koordinasiyalı fəaliyyəti, daimi hazırlıq və standart fəaliyyət prosedurlarının təkmilləşdirilməsi məqsədinə xidmət edirdi. Simulyasiya olunmuş idarə mərkəzində müxtəlif ssenarilər üzrə tapşırıqlar yerinə yetirilib. Hərbçilər obyektə hücumla bağlı daxil olan məlumatlar üzərində işləyərək tabeliyində olan bölmələrlə paylaşıblar. Təlim boyunca iştirakçılar real vəziyyətə mümkün qədər yaxın mühitdə praktiki təlim keçiblər.

Təlim çərçivəsində hərbçilər simulyasiya və imitasiya vasitələrindən istifadə etməklə müdafiə və müdafiə əməliyyatları, eləcə də yaralıların təxliyyəsini həyata keçiriblər. Təlimdə qarşı tərəfin rolunu hərbçilərdən ibarət nümayiş qrupu oynayıb.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.