Aleksey Reznikov - Volodimir Zelenski hərbçilərə Ukraynanın cənubundakı sahilyanı rayonları işğaldan azad etməyi əmr edib
Aleksey Reznikov - Volodimir Zelenski hərbçilərə Ukraynanın cənubundakı sahilyanı rayonları işğaldan azad etməyi əmr edib

 
Volodimir Zelenski hərbçilərə cənubdakı sahilyanı əraziləri azad etməyi əmr edib. Bunun üçün Qərb silahı ilə təchiz edilmiş milyonluq döyüş qüvvəsi toplanır- Ukrayna mediası bu barədə Ukrayna müdafiə nazirinin “The Sunday Times” qəzetinə müsahibəsində dediyini bildirir.

Nazirin sözlərinə görə, Prezident ali hərbi rəhbərliyə ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən müvəqqəti zəbt olunmuş ərazilərin azad edilməsi üçün planlar hazırlamağı tapşırıb.

“Biz başa düşürük ki, bu, ölkəmiz üçün siyasi baxımdan çox lazımdır. Prezident Ali Hərbi rəhbərə planlar hazırlamağı tapşırıb. Bundan sonra Baş Qərargah öz tapşırıqlarını yerinə yetirir və deyir ki, bu məqsədə çatmaq üçün bizə “A”, “B” və “C” lazımdır”-deyə nazir bildirib.

Reznikov həmçinin tərəfdaşlara məktublar göndərdiyini və bununla da işinin bir hissəsini tamamladığını qeyd edib. Generallar onlara hansı silahların lazım olduğunu müzakirə edir, bundan sonra siyasi qərar verilir.