Aleksandre Baramidze - əminəm ki, vizasız gediş-gəlişin dayandırılması mexanizmləri Gürcüstana qarşı işə düşməyəcək
Aleksandre Baramidze - əminəm ki, vizasız gediş-gəlişin dayandırılması mexanizmləri Gürcüstana qarşı işə düşməyəcək

Gürcüstan Ədliyyə nazirinin müavini Aleksandre Baramidze əmindir ki, Avropa İttifaqı Gürcüstana qarşı vizasız gediş-gəlişin dayandırılması mexanizmlərini işə salmayacaq.

Bu barədə Baramidze “deutsche welle”-nin məqaləsinə cavab olaraq bəyan etdi. Məqalədə qeyd olunubdur ki, Gürcüstan vətəndaşları vizaliberallaşdırmadan sui istifadə edirlər.

Baramidzenin bəyan etdiyinə görə, Gürcüstan hökuməti, qanunverici orqanı ilə birlikdə, vizasız gediş-gəlişin dayandırılması təhlükəsini başdan rədd etmək üçün müvafiq addımlar atır.

Onun dediyinə görə, Avropa İttifaqının üzv ölkələri bu dəyişikliklər barəsində məlumatlandırılıblar.

Elə onun qeyd etdiyinə görə, soyadın dəyişdirilməsi barəsində də qanunvericilik zərfi qəbul olunubdur.