Aleko Elisaşvili konstitusiya dəyişikliklərinin ümumxalq müzakirəsi komissiyasının tərkibini tərk edir
Aleko Elisaşvili konstitusiya dəyişikliklərinin ümumxalq müzakirəsi komissiyasının tərkibini tərk edir

 
“Vətəndaşlar” partiyasının üzvü Aleko Elisaşvili artıq “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” konstitusiya dəyişikliklərinin ümumxalq müzakirəsi üzrə təşkilat komissiyasının üzvü olmayacaq.

Prosedur Məsələləri və Qaydaları Komitəsinin sədri İrakli Kadaqişvili bugünkü plenar iclasda bildirib ki, Elisaşvili iştirakla bağlı verdiyi razılığı geri götürüb.

“Aleko Elisaşvili iştirakla bağlı verdiyi razılığı geri götürüb və o, bu gün, bu vəziyyətdə artıq komissiyanın tərkibində olmayacaq” – İrakli Kadaqişvili bildirib.

Parlamentin plenar iclasında daha sonra səsə qoyulacaq ümumxalq müzakirəsi üzrə təşkilat komissiyasının tərkibi müzakirə edilib.

Təşkilat komissiyasının tərkibi belədir:

Şalva Papuaşvili – Gürcüstan Parlamentinin sədri;

Mamuka Mdinaradze – parlament əksəriyyətinin lideri, “Gürcü Arzusu” fraksiyasının sədri;

Rati İonatamaşvili – Gürcüstan Parlamentinin İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri;

Qivi Mikanadze – Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclərlə İş üzrə Komitəsinin sədri;

Maka Boçorişvili – Gürcüstan Parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri;

Anri Oxanaşvili – Gürcüstan Parlamentinin Hüquq Məsələləri Komitəsinin sədri;

Davit Matikaşvili – Gürcüstan Parlamentinin Hüquq Məsələləri Komitəsinin sədrinin birinci müavini;

Salome Kurasbediani – Gürcüstan Parlamentinin Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədr müavini;

Tenqiz Şarmanaşvili – Gürcüstan Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini;

Sozar Subari – “Xalqın Gücü” parlament qrupunun sədri;

Pridon İncia – “Avropalı Sosialistlər” parlament siyasi qrupunun sədri;

Şalva Kereselidze – “Gürcüstan naminə” parlament siyasi qrupunun üzvü;

Nino Şavqulidze – Gürcüstanın Parlament sədrinin kabinetinin rəhbər müavini, komissiyanın katibi.