Aleko Elisaşvili bəyan edir ki, "Gürcü Arzusu" ilə razılaşma baş tutdu və parlamentə gedir
Aleko Elisaşvili bəyan edir ki, “Gürcü Arzusu” ilə razılaşma baş tutdu və Levan İoseliani ilə bərabər parlamentə daxil olur.
Bu barədə bəyanatı Elisaşvili parlamentdə “Gürcü Arzusu” ilə görüş başa çatdıqdan sonra verdi.
“Biz “Vətəndaşlar” partiyasının nümayəndələri “Gürcü Arzusunun” liderləri Mamuka Mdinaradze və Arçil Talakvadze ilə razılaşma imzaladıq və parlament fəaliyyətinə qoşulacağıq.
İmzaladığımız razılaşma seçki məsələlərinin fundamental dəyişiklikləri ilə bağlıdır və ümid edirəm ki, bu haqda detallı şəkildə kanalların efirində danışa biləcəm. Hərhansı karusellərin prevensiyası üçün elektron seçki qaydası da müzakirə ediləcək. Markirovka yerinə parmaq izi olacaq. Hər bir seçki məntəqəsində elektron səs hesablama aparatı olacaq. Bu da deməkdir ki, axşam səs vermə prosesi başa çatan kimi, seçkilərin nəticələrini biləcəyik və Tamar Jvaniyanın mətbuat konfransını gözləməyəcəyik” – dedi Elisaşvili.