Aleko Eliasaşvili - Yeni MSK sədrinin seçilmə qaydası qüvvəyə minəcək və əminəm ki, yerli özünüidarəetmə seçkilərini Tamar Jvaniya keçirməyəcək
Aleko Eliasaşvili - Yeni MSK sədrinin seçilmə qaydası qüvvəyə minəcək və əminəm ki, yerli özünüidarəetmə seçkilərini Tamar Jvaniya keçirməyəcək

Müxalifətçi deputat Aleko Elisaşvili bəyan edir ki, MSK-nın hazırki sədri Tamar Jvania yerli özünüidarəetmə seçkilərini keçirməyəcək.

Elisaşvilinin jurnalistlərə bəyan etdiyinə görə, seçki islahatı layihəsini diqqətlə oxuyanlar başa düşərlər ki, Tamar Jvaniya artıq vəzifəsində qala bilməz.

“MSK sədrinin seçilməsinin yeni qaydası qüvvəyə minəcək və əminəm ki, Tamar Jvaniya Mərkəzi seçki Komisiyasının sədri olaraq, yerli özünüidarəetmə seçkilərini artıq keçirməyəcək, çünki növbəti seçkiləri, yeni qayda ilə, islahat nəticəsində komplektləşdirilən MSK keçirəcək”, – dedi Aleko Elisaşvili.