Aksiyada xəsarət alan şəxslərin hamısı "Qafqaz Tibb Mərkəzi"ndən artıq evə buraxılıb, xəsarət almış və vəziyyəti stabil olan iki nəfər "Bokeria adına Klinika"da qalır
Aksiyada xəsarət alan şəxslərin hamısı "Qafqaz Tibb Mərkəzi"ndən artıq evə buraxılıb, xəsarət almış və vəziyyəti stabil olan iki nəfər "Bokeria adına Klinika"da qalır

 
Rustaveli prospektində keçirilən aksiya zamanı xəsarət alan və “Qafqaz Tibb Mərkəzi”nə yerləşdirilən bütün vətəndaşlar artıq klinikadan evə buraxılıblar.

Bu barədə Gürcüstanın Birinci Kanalına klinikadan məlumat verilib.

Xəsarət almış və “Bokeria adına Klinika”ya yerləşdirilən daha iki nəfərə gəlincə, onlar hələ də tibb müəssisəsində, nevrologiya şöbəsində qalırlar. Klinikadan izah edildiyi kimi, onların vəziyyəti stabildir.