Aksiya zamanı zərər görən 52 pasient müxtəlif klinikalarda qalır

Aksiya zamanı zərər görən 52 pasientin Tbilisinin müxtəlif klinikalarında müalicəsi davam edir.

Səhiyyə Nazirliyinin məlumatına görə, onların vəziyyəti stabildir və bir qismi tibb müəssisələrini bugün tərk edəcək.

İnqorokva klinikaslnda qalan doqquz pasientə kiçik cərrahi əməliyyat lazım oldu və onlar klinikadan bazar ertəsi çıxacaqlar.

“Nyu-Hospitalda” qalan 11 pasientin və “Ğuduşauri” klinikasındaki 4 pasientin isə, vəziyyəti stabildir və onlar bu axşam evlərinə qayıdacaqlar.