Aksiya iştirakçıları 12 saylı Cəzaçəkmə Müəssisəsinin yaxınlığında çadırlar qurublar
Aksiya iştirakçıları 12 saylı Cəzaçəkmə Müəssisəsinin yaxınlığında çadırlar qurublar

 

Rustavidə 12 saylı Cəzaçəkmə Müəssisəsinin yaxınlığında aksiya iştirakçıları bir neçə çadır qurublar.

Bir neçə aksiya iştirakçısı müəssisənin mərkəzi girişində qurulan çadırlara yerləşib.

Sabiq prezident Mixeil Saakaşvilinin tərəfdarları onun mülki klinikaya köçürülməsinə qədər aksiyanı dayandırmayacaqlarını bildirirlər.