Axşamın əsas döyüşü - Roman Dolidzenin növbəti rəqibi Nasurdin İmavov olacaq #1TVSPORT
Axşamın əsas döyüşü - Roman Dolidzenin növbəti rəqibi Nasurdin İmavov olacaq #1TVSPORT

Gürcüstanlı UFC döyüşçüsü Roman Dolidze təşkilatda növbəti döyüşünü Fransanı təmsil edən Nasurdin İmavova qarşı keçirəcək.

Dolidze və İmavov arasında orta çəkidə döyüş 2024-cü il fevralın 4-də Las-Veqasda keçiriləcək. Bu görüş gecənin əsas tədbiridir və beş raund davam edəcək.

28 yaşlı Nəsurdin İmavov hazırda orta çəki dərəcəsində 12-ci pillədə qərarlaşıb. MMA-da karyerası ərzində 17 döyüş keçirib, bunun 12-də qalib gəlib. O, UFC-də 4 oktyabr 2020-ci ildə debüt etdi.

Roman Dolidzeyə gəlincə, o, bu ilin sonunda Derek Bransonla döyüşməli idi, lakin rəqibin zədəsi səbəbindən qarşıdurma ləğv olundu, Jared Kanonieri ilə də eyni şey baş verdi.

35 yaşlı Dolidze MMA karyerasında 14 döyüş keçirib, bunun 12-də qalib gəlib. O, sonuncu dəfə mart ayında italiyalı Marvin Vettori ilə döyüşüb və hakimin qərarı ilə məğlub olub. Hazırda, bu gürcü orta çəkidə yeddinci yerdədir.