Axmeta ​​bələdiyyəsinin bir neçə kəndi təbii fəlakətdən zərər çəkib
Axmeta ​​bələdiyyəsinin bir neçə kəndi təbii fəlakətdən zərər çəkib

Axmeta ​​bələdiyyəsinin bir neçə kəndi təbii fəlakətdən zərər çəkib.

Maqraani, Fıçxovani və Arqoxidə güclü külək və dolu kənd təsərrüfatı sahələrinə, üzüm bağlarına və həyətyanı sahələrə ziyan vurub. Külək elektrik dirəklərini aşırıb, ağacları kökündən çıxarıb.

Axmeta ​​bələdiyyəsinin meri Aleksi Pitsxelaurinin Gürcüstanın birinci kanalına verdiyi məlumata əsasən, müvafiq komissiya sabahdan etibarən təbii fəlakətin vurduğu ziyanı öyrənməyə başlayacaq.