Axaltsixenin 37 saylı seçki dairəsində proses dinc şəkildə aparılır
Axaltsixenin 37 saylı seçki dairəsində proses dinc şəkildə aparılır

 

Axaltsixe Munisipalitetinin 37 saylı seçki dairəsində bütün məntəqələr səhər saat 08: 00 -da açıldı. Axaltsixedə seçkilər sakit keçir.

Dairə seçki komissiyasının sədri Tea Qavaşelinin sözlərinə görə, hələlik seçki məntəqələrində heç bir qanun pozuntusu qeydə alınmayıb.

Axaltsixedə seçkilər kovid tənzimləmələrə uyğun olaraq keçirilir. Virusa yoluxmuş və özünü təcrid edən şəxslər üçün xüsusi məntəqələr açılıb.

Axaltsixe Munisipalitetinin 37 saylı seçki dairəsində, 2021-ci ilin yerli özünüidarəetmə seçkilərində on partiya iştirak edir. Onların əksəriyyəti həm proporsional, həm də majoritar namizədi irəli sürüb. Cəmi altısı merliyə namizəd qeydiyyatdan keçirib.

Axaltsixedə ümumilikdə 33 772 seçici qeydiyyatdan keçib.