Axaltsixe-Vale hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Axaltsixe-Vale hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

Axaltsixe-Vale hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Bu barədə məlumatı Avtomobil Yolları İdarəsi yayır.

“Həyata keçirilmiş təmizləmə işləri nəticəsində Xaşuri-Axaltsixe-Vale beynəlxalq avtomobil yolunun 76 km -94-cü km (Axaltsixe-Vale) hissəsində qoşqulu, yarımqoşqulu avtonəqliyyat vasitələrinin və tutumu 30-dan çox olan avtobusların hərəkəti bərpa olunub”- məlumatda deyilir.