Açıq havada bar və kafelər işlətmək məqsədi ilə munisipalitetdən icarəyə məkan götürən sahibkarlar, 2020-ci ilin icarə vergisindən azad olunurlar

Açıq havada bar və kafelər işlətmək məqsədi ilə munisipalitetdən icarəyə məkan (torpaq) götürən sahibkarlar, 2020-ci ilin icarə vergisindən azad olunurlar – bu barədə Tbilisi meri, Kaxa Kaladze bu gün keçirilən brifinqdə bildirib.

Kaladzenin də qeyd etdiyi kimi, yeni növ koronavirusun yayılması biznes sektora, xüsusən də turizm sektoruna ciddi problemlər yaradıb.

„Tamamilə başqa bir sahəyə toxunmaq və Tbilisi Meriasının daha bir mühüm təşəbbüsünü sizlərə təqdim etmək istəyirəm. Bildiyiniz üzrə , biz özəl sektorla aktiv şəkildə işləyir və imkan daxilində, biznesin və şəhərin iqtisadi inkişafını təşviq edirik.

Yeni növ koronavirusun yayılması biznes sektora,xüsusən də turizm sektoruna ciddi problemlər yaradıb. Bundan irəli gələrək , qərar verdik ki, açıq havada bar və kafelər işlətmək məqsədi ilə munisipalitetdən icarəyə məkan (torpaq) götürən sahibkarları, 2020-ci ilin icarə vergisindən azad edək.

Bir daha dəqiqləşdirmək istəyirəm ki, açıq havada kafe və barların təşkili məqsədi ilə munisipalitetdən yer icarəyə götürən bütün şəxslər bütün ilin icarə haqqından azaddırlar.

Hazırda Tbilisi ərazisində 200 belə açıq havada fəaliyyət göstərən kafe-bar var və ümid edirik ki, bu addım pandemiya səbəbiylə ciddi maddi ziyan çəkən bu sahibkarlar üçün vəziyyəti xeyli yüngülləşdirəcək.

Əlbəttə ki, şəhər iqtisadiyyatını dəstəkləmək və özəl sektora dəyən zərərin azaldılması istiqamətində əlavə yollar tapmaq məqsədi işləri davam etdiririk “- deyə Kaladze bildirib.

Paytaxt meri insanlara müraciət edərək, onları bir daha ictimai yerlərə toplaşmaqdan çəkinməyə çağırıb.

 

Müəllif – Sevinc Mustafayeva