Acarıstanın Səhiyyə Nazirliyinə 80-ə qədər oksigen konsentratoru verildi
Acarıstanın Səhiyyə Nazirliyinə 80-ə qədər oksigen konsentratoru verildi

Acarıstanın Səhiyyə Nazirliyinə 80-ə qədər oksigen konsentratoru verildi.

Tibbi aparatlar Acarıstanın hər altı munisipalitetinə paylaşdırılacaq.

Konsentratorlardan koronavirusa yoluxan pasientlərə təcili tibbi yardım gərəkdiyi hallarda istifadə ediləcək.

Acarıstan iqtidarının rəhbəri Tornike Rijvadzenin bəyanatına görə, kənd və rayon həkimlərinin texniki dəstəyi davam edəcək.

“Gürcüstanın Səhiyyə Nazirliyinin dəstəyi ilə, Acarıstan muxtar respublikasına oksigen aparatları paylandı. Rayon həkimləri pasientlərə artıq yerindəcə ilk yardım göstərə biləcəklər” – dedi Tornike Rijvadze.

Tornike Rijvadzenin dediiynə görə, texniki dəstək prosesi çərçivəsində, kənd həkimləri və medpersonal ilə görüşlər keçiriləcək.