Acarıstanda tibbi yoxlanışdan keçən 457 nəfərdə koronavirus təsdiqlənmədi
Acarıstanda tibbi yoxlanışdan keçən 457 nəfərdə koronavirus təsdiqlənmədi

Acarıstan Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat içində, Batumi laboratoriyasında koronavirus üzrə 457 nəfər tibbi yoxlanışdan keçdi.

Tibbi yoxlanışdan keçən 457 nəfərdə koronavirus təsdiqlənmədi.

Ümumilikdə, Acarıstanda PCR testlər 24 772 nəfərə keçirildi.

Karantində 2 157 vətəndaş qalır.