Acarıstanda koronavirusun 664 yeni halı qeydə alındı
Acarıstanda koronavirusun 664 yeni halı qeydə alındı

Son 24 saat ərzində, Acarıstanda koronavirusun 664 yeni halı qeydə alındı.

583 pasient sağaldı. Səkkiz nəfər həlak oldu.

Acarıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, həlak olan pasientlərin yaşları 62-dən 84-ə qədərdir.

Regionda 928 nəfər xəstəxanada müalicə olunur, 1 133 nəfər covid-mehmanxanalarda.

Ümumilikdə, Acarıstanda 6 181 infeksiyalı var, onlardan 115 nəfərin vəziyyəti ağırdır.

Acarıstanda koronavirusdan sağalanların sayı 13 894-dür.