Acarıstanda koronavirusun 13 yeni halı qeydə alındı, üç pasiyent sağaldı
Acarıstanda koronavirusun 13 yeni halı qeydə alındı, üç pasiyent sağaldı

Acarıstan Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində, Acarıstanda koronavirusun 13 yeni halı qeydə alınıb.

Onlardan 9 halı “Dona” şirniyyat mağazasının kontaktlarıdır.

Nazirliyin məlumatına görə, Batumi Respublika Xəstəxanasında koronavirus diaqnozu ilə, hazırda 58 pasiyent qalır.

Son 24 saat ərzində, üç pasiyent sağaldı.