Acarıstanda koronavirusa yoluxan 48 pasientin vəziyyəti ağırdır

Acarıstanda son 24 saat ərzində, koronavirusun 489 yeni halı qeydə alınıb, 456 pasient isə, sağalıb.

Acarıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda regionun klinikalarında 980 pasient müalicə olunur, covid-mehmanxanalarda – 1 684, onlayn müalicədə öz evində isə, – 3 227 pasient var.

Acarıstanda koronavirusa yoluxan 48 pasientin vəziyyəti kritikdir.

Klinikalardan bugün sağalan 118 nəfər çıxdı.

Regionda öz təcriddə 10 441 nəfər qalır.

Ümumilikdə isə, Acarıstanda  koronavirusdan 23 480 pasient sağalıb.