Acarıstanda koronavirusa yoluxan 117 pasientin vəziyyəti ağırdır
Acarıstanda koronavirusa yoluxan 117 pasientin vəziyyəti ağırdır

Acarıstanda bugün koronavirusun 483 yeni halı qeydə alındı, paralel olaraq, 515 pasient sağaldı.

Onlardan klinikayı 113 nəfər tərk etdi, tam olaraq isə, regionda COVİD-19-u 21 178  nəfər məğlub edib.

Acarıstanın Səhiyyə nazirliyinin məlumatına görə, bugün üçün infeksiyaya yoluxanların ümumi sayı 6 000-ə yaxındır.

117 nəfərin vəziyyəti ağırdır, onlardan 44 nəfər sünii nəfəs alma aparatı altındadır.

Bugünün göstəriciləri ilə, klinikada 1 025 pasient müalicə olunur, kovid-mehmanxanada  1 749, evlərdə həkim nəzarəti altında isə, 3 183 nəfər müalicə olunur.