Acarıstanda koronavirusa yoluxan 100 pasientin vəziyyəti ağırdır

Acarıstanda son 24 saatda, koronavirusun 453 yeni halı qeydə alındı, 430 pasient isə, sağaldı.

Acarıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə, regionda infeksiyaya yoluxanların sayı 6 mindən artıqdır.

Klinikalarda 942 pasient müalicə olunur, covid mehmanxanalarda – 1 923, evlərdə həkim müşahidəsi altında isə, 3 245 nəfər qalır.

100-dən artıq pasientin vəziyyəti ağırdır. Onlardan 42 nəfər sünii nəfəs alma apparatına birləşdirilib.

Acarıstanda 12 102 nəfər öz təcriddədir.

Ümumilikdə, regionda koronavirusdan 21 608 nəfər sağalıb.