Acarıstanda keçirilən 4 000 testdən 166 nəfərin koronaviusu təsdiqləndi
Acarıstanda keçirilən 4 000 testdən 166 nəfərin koronaviusu təsdiqləndi

Gürcüstanda bugün qeydə alınan koronavirus hallarının 166-sı Acarıstanda təsdiqləndi.

Acarıstanın İctimai Sağlıq Mərkəzinin məlumatına görə, 4000 PCR teston nəticəsi yoxlandı.

Regionun səkkiz klinikasında 484 nəfər müalicə olunur, covid-mehmanxanalarda 902 nəfər qalır, evlərdə isə, 350 nəfər öz-təcriddədir.

İnfeksiyaya yoluxanlardan 14-ü hamilədir.

Acarıstanın İctimai Sağlıq Mərkəzinin məlumatına görə, bu vaxt üçün klinikalarda 92 yer var.

Bugün Gürcüstanda koronavirusun 296 halı qeydə alındı, 60 nəfər sağaldı.