Acarıstanda 314 889 seçici qeydiyyatdan keçib
Acarıstanda 314 889 seçici qeydiyyatdan keçib

Acarıstanda 2016-cı ilin parlament seçkiləri ilə müqayisədə, bu il seçicilərin ümumi sayı səkkiz minlə artıb və 314 889-ə çatıb.

Son göstəriciləri Acarıstanın Ali Seçki Komisiyası yayıb

Oktyabrın 31-də, Parlament və Acarıstanın Ali Şurasının seçkiləri üçün, Batuminin 28-ci seçki məntəqəsində, 107 292 nəfər qeydiyyatdan keçib, Kobuletinin 29-cu seçki məntəqəsində, 70 837, Xelvaçauri, Keda, Şuaxevi və Xulo məntəqəsində isə, 96 760 seçici qeydiyyatdan keçib.

Tam olaraq, Acarıstanda 373 seçki məntəqəsi açılıb.

Onlardan biri xüsusi məntəqədir və penitensiar müəssisələr üçün nəzərdə tutulub.

Həmçinin, covid-19 infeksiyasına yoluxanlar üçün də səkkiz covid-məntəqə işləyəcək.