Acarıstan regionunda sabah 22:00-dan restoranların işi və ictimai nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Acarıstan regionunda sabah 22:00-dan restoranların işi və ictimai nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq, – bu barədə məlumatı iqtidar administrasiyasının rəhbəri Natia Mezvrişvili bugünki brifinqdə verdi.

Onun dediyinə görə, bu qərar ağırlaşmış epid-vəziyyətlə bağlıdır.

“Gün ərzində restoranlar işləyəcəklər, məhdudiyyətlər sadəcə gecə saatlarına aiddir. Məhdudiyyətlərin müddəti ilə bağlı məlumatı daha sonra verəcəyik” – dedi Natia Mezvrişvili.