Acarada koronavirusun yeni hallarının əksəriyyəti infeksiyaya yoluxanların kontaktlarıdır
Koronavirusun yeni hallarının 144 Batumi ilə bağlıdır.
Son 24 saat ərzində, Acarıstanda 4000-ə qədər insan yoxlanıldı. Acarıstanın İctimai Səhiyyə Mərkəzinin məlumatına görə, infeksiyaya yoluxanlardan ikisi karantin zonasından idi. Digərləri isə, infeksiyaya yoluxanların kontaktlarıdır.
İnfeksiyaya yoluxanlar arasında 15 yeniyetmə, tibb tersonalı və hamilələr var.
Hazırda Acarıstan klinikasında 321 pasiyent müalicə olunur, 158 isə, karantin zonasındadır.