Acara və Quriyanın 80 minə qədər abunəçisinin təbii qaz təminatı dayandırılıb

Acara və Quriyanın 80 minə qədər abunəçisinin təbii qaz təminatı bugün səhərdən dayandırılıb

Təbii qazın kəsilməsinin səbəbi olaraq, Gürcüstanın qaz nəqliyyatı şirkətində profilaktik işləri adlandırırlar.

Şirkətdə bəyan edirlər ki, təbii qaz təminatının kəsiləcəyi haqqında əhaliyə iki gün öncə məlumat verilmişdi.

Qaz təminatı bugün saat 15-dən mərhələ şəklində bərpa olunacaq.

“SOCAR”-ın məlumatına görə, ilk öncə Kobuleti əhalisinin qaz təminaı bərpa ediləcək.

Qaz təminatının bərpa prosesi Batumi və Xelvaçauridə fevralın 7-nə qədər çəkəcək.