Ailə vəkili bəyan edir ki, Tamar Baçaliaşvili məsələsinə müstəqil ekspert cəlb olunacaq

Vəfat edən Tamar Baçaliaşvilinin ailə vəkili Mixeil Ramişvili bəyan edir ki, ailəsinin tələbi ilə, Tamar Baçaliaşvili məsələsinə müstəqil ekspert cəlb olunacaq.

Vəkilinin dediyinə görə, cəsədi meşədə çoban görüb.

“Gənc qadın avtomobilin arxa qoltuğunda ölmüş halda tapıldı. Ekspertizaya etibar etmədiyimə görə, bu işə müstəqil ekspert cəlb olunacaq. Dörd gün polis tərəfindən axtarışın aparıldığı halda, güya yoxlanılan meşədə cəsədi çoban tapmamalıdır”, – dedi vəkil.

Xatırladaq ki, gənc proqramist Tamara Baçalişavili dörd gün öncə evdən çıxdı və geri qayıtmadı. Bugün isə, onun cəsədi Tetritskaro meşəsində, öz maşınında tapıldı.