Ailə üzvləri ilə bağlı güzəştli qərarlar verən bir neçə əməkdaşını Kaxa Kaladze işdən azad etdi
Ailə üzvlərinin işləri ilə bağlı güzəştli qərarlar verən bir neçə əməkdaşını paytaxtın meri Kaxa Kaladze işdən azad etdi.
Bu barədə bəyanatı Kaxa Kaladze Tbilisi Meriyasının iclasında verdi.
Kaladzenin dediyinə görə, daxili audit xidməti müəyyən pozuntular aşkarladı.
“Bu məsələ abadlaşdırma və arxitektura xidməti ilə bağlıdır. Ailə üzvlərinin xeyrinə verilən qərarlar aşkarlandı. Təbii ki, belə faktlar Tbilisi Meriyasının imicinə pis təsir edir. Dəfələrlə tapşırmışdım ki, dürüst və professiyonal olmayanların meriyada yeri olmayacaq” – dedi Kaxa Kaladze.