Aiazma-Ninotsminda hissəsində müəyyən növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Aiazma-Ninotsminda hissəsində müəyyən növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

 
Aiazma-Ninotsminda hissəsində müəyyən növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib-bu haqda Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi məlumat yayır.

“Mürəkkəb meteoroloji şərait (çovğun və görmə məhdudluğu) ilə əlaqədar Koda-Partxisi-Manqlisi-Tsalka-Ninotsminda respublika avtomobil yolunun 94 km-147-ci km hissəsində qoşqulu, yarımqoşqulu və M3 kateqoriyalı sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş 22-dən çox yeri (sürücü oturacağı istisna olmaqla) olan avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. Avtomobil yolunun digər hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir” – məlumatda qeyd olunub.