"Ağmaşenebeli strategiyası" Acarıstanın Ali Şurasında majoritar deputat namizədlərini və partiya siyahısını təqdim etdi

“Ağmaşenebeli (İnşaatçı) strategiyası”-nın lideri Giorgi Vaşadze bugün Batumidəki tərəfdarları ilə görüşdü.

Vaşadze öz seçicilərinə seçki proqramını, strategiyasını və planlarını təqdim etdi.

Partiyanın lideri həmçinin, Acarıstanın Ali Şurasında majoritar deputat namizədlərini və partiya siyahısını da təqdim etdi.

Siyahının başında Beka Diasamidzedir, hansı ki, paralel olaraq, Ali Şurada Batumi majoritar namizədidir, dağlıq Acarıstanın seçki məntəqəsində isə, majoritar deputat namizədi Gizo Qorgiladzedir.

“Ağmaşenebeli strategiyasının” adı ilə, Acarıstanın Ali Şurasının üzvlüyü üçün bü şəxslər mübarizə aparacaqlar: Beka Diasamidze, Zurab Maxaradze, Badri Mumladze, Rusudan Putkaradze, Gizo Qorgiladze, Elza Davitadze, Avtandil Kartsivadze, Aslan Kamadadze, Davit Beridze, Coni Saginadze.