Ağırlıqqaldırma üzrə dünya çempionatı | Şota Mişvelidze toplam mübarizənin nəticəsində dördüncü yeri qazanıb #1TVSPORT
Səudiyyə Ərəbistanında davam edən ağırlıqqaldırma üzrə dünya çempionatında Şota Mişvelidze 61 kq çəki dərəcəsində birinci hərəkəti 136 kq-la başa vuraraq üçüncü yeri tutub.
Təkanla qaldırmada Mişvelidze 161 kq çəkinin öhdəsindən gəlib. Toplam mübarizədə isə onun nəticəsi 297 kq-dır və ağırlıqqaldırma üzrə gürcü atlet dünya çempionatında çıxışını dördüncü yerdə başa vurub.