Ağır meteoroloji şəraitlərə görə, Qomi dağında qalan gəncləri bu vaxta qədər çıxarda bilmirlər
Ozurgeti merinin nümayəndəsinin məlumatına görə, ağır meteoroloji şərtlərə görə, Qomi dağında qalan gənclərin oradan çıxardılması mümkün olmur.
Teymuraz Çavleişvilinin dediyinə görə, Qomi dağına ovçuluğa gedən dörd gəncdən biri artıq həyatını itirib.
“Ehtimala görə, onlar dağa ovçuluğa gediblər və orada donublar. İkisinin vəziyyəti ağırdır, ancaq zəng verib xəbər verənin vəziyyəti daha yaxşıdır. Hazırda ağır texnika yolu təmizləyir. Bu gənclər Boxvauri kəndidnəndirlər”, – deyir Ozurgeti merinin nümayəndəsi Teymuraz Çavleişvili.
Region administrasiyasının məlumatına görə, qarlı hava şəraitində yolların görünmədiyinə görə, axtarma işlərinə helikopter qoşula bilmir.
“Hazırda bütün gərəkən texnika və fiziki gücdən istifadə olunur, ancaq ağır hava şəraitinə görə, axtarış prosesinə helikopter qoşula bilmir” – deyilir meriyanın bəyanatında.