Ağ Ev İsrailin Qəzzanın şimalında gündəlik dörd saatlıq fasilələrə başlayacağını açıqlayıb
Ağ Ev İsrailin Qəzzanın şimalında gündəlik dörd saatlıq fasilələrə başlayacağını açıqlayıb

Ağ Ev İsrailin Qəzzanın şimalında gündəlik dörd saatlıq fasilələrə başlayacağını açıqlayıb.

“İsraillilər bizə fasilə zamanı bölgələrdə hərbi əməliyyatların aparılmayacağını bildirdilər və bu proses bu gündən başlayır”- deyə Con Kirbi bildirib.

İsrailin Müdafiə Qüvvələri Qəzzaya humanitar yardım üçün “taktiki fasilələr” elan etdiyini təsdiqləyib. “Bu taktiki fasilələr vaxt və ərazi baxımından məhduddur. Biz həmçinin Qəzzadakı mülki vətəndaşların humanitar yardım ala biləcəkləri daha təhlükəsiz ərazilərə, müvəqqəti olaraq cənuba köçmələri üçün humanitar dəhlizlər təqdim edirik”, – deyə İsrailin Müdafiə Nazirliyinin bəyanatında bildirilir.