Ağ Evdə ABŞ-ın İsrailə yönəlik atəşkəs çağırışlarını dəstəkləmədiklərini bildirirlər
Ağ Evdə ABŞ-ın İsrailə yönəlik atəşkəs çağırışlarını dəstəkləmədiklərini bildirirlər

Amerika Birləşmiş Ştatları İsrail və “HƏMAS” arasındakı münaqişədə İsrailə yönəlik atəşkəs çağırışlarını dəstəkləmir. Bu barədə Ağ Evdə açıqlama verilib.

“Biz inanmırıq ki, hazırda atəşkəs yaxşı cavabdır. Hazırda biz atəşkəsin tərəfdarı deyilik”- Ağ Evin sözçüsü Con Kirbi açıqlayıb.

Kirbinin sözlərinə görə, ABŞ yaxın günlərdə Qəzza sektoruna yardımın artacağına əmindir.

“Birinci mərhələ gündə 100-ə qədər yük avtomobilini qəbul etməkdir” deyən Kirbi, hətta bunun da kifayət etməyəcəyini, lakin mövcud vəziyyəti yaxşılaşdıracağını əlavə edib.