Admiral Rob Bauer - NATO Gürcüstanda dost kimi qarşılanmaqdan qürur duyur
Admiral Rob Bauer - NATO Gürcüstanda dost kimi qarşılanmaqdan qürur duyur

 

Builki NATO-Gürcüstan təlimi qlobal təhlükəsizliyin üzləşdiyi çağırışlarla üst-üstə düşdü.Mövcud vəziyyət hər kəsə aydın şəkildə göstərdi ki, biz hər zaman istənilən gözlənilməz hadisələrə hazır olmalıyıq -bu barədə NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer bildirib.

Rob Bauerin sözlərinə görə, NATO-Gürcüstan təlimi tərəflər arasında güclü əməkdaşlığa əsaslanan mövcud tərəfdaşlığı təcəssüm etdirir.

” Bu, bütün silahlı qüvvələrin gizli qaydasıdır – hər zaman fərqli ssenariyə hazır ol, daim hazır ol və öyrən, əldə etdiyinlə kifayətlənmə. Uğur daimi və ardıcıl təlimə əsaslanır. Hər şeyi daha yaxşı etmək və ən yaxşı olmaq üçün buradasınız. Bu NATO-Gürcüstan təlimi bizim aramızda möhkəm əməkdaşlığa əsaslanan tərəfdaşlığı təcəssüm etdirir. Müxtəlif ölkələrdən olan nümayəndələr, NATO müttəfiqləri və tərəfdaşları ümumi məqsədlərə çatmaq üçün çiyin-çiyinə kompyuter simulyasiyalarıyla işləyirlər. İştirakçılar NATO əməliyyatlarının və təlimlərinin planlaşdırılması, onun başlanğıcından son icrasına qədər müvafiq bacarıqları təkmilləşdirir, fərdi səviyyədə hərbi texnika və prosedurları yaxşılaşdırırlar. Bir-biri ilə əməkdaşlıq və əlaqələrlə, təcrübə və təlimlər mübadiləsi aparmaqla gürcü hərbçilər və NATO qüvvələrinin müdafiə hazırlığının səviyyəsi artır, iştirakçı ölkələrin hərbçiləri arasında qarşılıqlı fəaliyyət artır, həmçinin Gürcüstanın idarəetmə və nəzarət imkanları güclənir”-deyə Bauer bildirib.

Admiral Bauerin sözlərinə görə, yaxşı fəaliyyət göstərən, yaxşı təlimdən keçmiş milli müdafiə qüvvələri effektiv qərar verən strukturlarla birlikdə Gürcüstanın müdafiəsi üçün vacibdir.

” NATO və Gürcüstan arasında 28 il əvvəl başlayan praktiki tərəfdaşlıq uğurlu və güclüdür. Ötən ilin oktyabrında NATO Hərbi Komitəsinin Tbilisiyə səfəri zamanı “Kartlinin anası” abidəsini gördüm, o bir əlində badə( piyalə) ilə ölkəyə dost kimi gələn hər kəsi salamlayır, digər əlindəki qılıncla isə ölkəyə düşmən kimi gələnləri qarşılayır. NATO Gürcüstanda dost kimi qarşılandığı üçün qürur duyur. Biz səylərimizi əsirgəməyəcəyik və “Gürcüstanın daşıdığı qılınc”-ı gücləndirmək üçün hər şeyi edəcəyik” -deyə admiral bildirib.