ABŞ Senatı İsrail və Ukraynaya əlavə yardımı nəzərdə tutmayan müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib
ABŞ Senatı İsrail və Ukraynaya əlavə yardımı nəzərdə tutmayan müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib

 
ABŞ Senatı hökumətin fəaliyyətinin dayandırılmasının qarşısını almaq üçün müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib, layihədə İsrail və Ukrayna üçün əlavə yardım nəzərdə tutulmayıb.

“CNN”in məlumatına əsasən, daha əvvəl Nümayəndələr Palatasının təsdiq etdiyi qanun layihəsi Senatda 11 əleyhinə 87 səslə qəbul edilib, sonra isə imzalanması üçün ABŞ Pezidenti Co Baydenə göndərilib.

İki mərhələli plan hərbi tikinti, nəqliyyat, mənzil və energetika idarəsi də daxil olmaqla, müxtəlif prioritetlər üzrə maliyyələşməni yanvarın 19-dək uzadacaq. Planın ikinci mərhələsinin əhatə etdiyi qalan sahələr isə fevralın 2-dək maliyyələşdiriləcək.