ABŞ Səfirliyi - Vaja Qaprindaşvili dərhal azad edilməlidir
ABŞ Səfirliyi - Vaja Qaprindaşvili dərhal azad edilməlidir

ABŞ-ın Gürcüstandaki səfirliyi işğal rejiminə dərhal həkim Vaja Qaprindaşvilinin azadlığa buraxılması üçün müraciət edir.

Bu barədə məlumat ABŞ və Gürcüstanın diplomatik nümayəndəliklərində deyilir.

“ABŞ Səfiriliyi Sxinvali de-fakto iqtidarı tərəfindən, “sərhədi pozmaq” ittihamı ilə, noyabrın 15-də, iki aylıq həbs cəzası verilən məşhur gürcü həkimi və Gürcüstanın travmatoloq-ortoped asosiasiyasının prezidenti olan Vaja Qaprindaşvilinin dərhal azad edilməsi tələbi ilə müraciət edir.

Bununla yanaşı, ABŞ  işğal xəttinin yanındaki keçid məntəqələrinin açılmasını da tələb edir. Biz Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik və Rusiyaya müraciət eidirk ki, 2008-ci ildə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirsin, əsgərlərini ərazidən çıxardsın, Abxaziya və Cənubi Osetiya regionlarının müstəqil dövlətlər olaraq, tanınmasını ləğv etsin və oraya humanitar yardımın daxil edilməsinə imkan versin” – deyilir ABŞ səfirliyinin bəyanatında.

Xatırladaq ki, Gürcüstan vətəndaşı olan həkim Vaja Qaprindaşvili bir neçə gün bundan əvvəl işğal edilən Orçosani kəndinin yanında həbs edildi.

Sxinvalinin işğalçı rejimi ona sərhədlərin pozulması ittihamı ilə iki aylıq həbs qərarı verdi.