ABŞ Səfirliyi - Səyahət, kulinariya və Gürcüstanla bağlı digər maraqlı mövzular haqqında yazan blogerləri dəstəkləməyə qərar verdik
ABŞ Səfirliyi - Səyahət, kulinariya və Gürcüstanla bağlı digər maraqlı mövzular haqqında yazan blogerləri dəstəkləməyə qərar verdik

Amerika Birləşmiş Ştatlarının Gürcüstandaki Səfirliyi səhayət, kulinariya və Gürcüstanla bağlı digər maraqlı mövzular haqqında yazan blogerləri dəstəkləməyə qərar verdi, – bu barədə ABŞ Səfirliyinin “Facebook” səhifəsində deyilir.

Səfirlik yazır ki, dünyada hələ də bir çox insan Gürcüstanı kəşf etmək xöşbəxtliyini yaşamayıb və bunun üçün daha fəal işlər görülməlidir.

“Bu gözəl ölkə haqqında daha çox məlumatın verilməsi məqsədi ilə, ABŞ səfirliyində qərar verdik ki, səhayət, kulinariya, fotoqrafiya, moda, musiqi və Gürcüstanla bağlı digər maraqlı mövzular haqqında yazan blogerləri dəstəkləyək.

@foodieflashpacker -bunlardan biridir və yaxında onun təəsüratları haqqında da bəhs edəcəyik.

Siz hansı blogerləri Gürcüstana dəvət edərdiniz və onlara nəyə diqqət etməyi tövsiyyə edərdiniz?” – deyilir səfirliyin postunda.

??? მსოფლიოში უამრავ ადამიანს ჯერ კიდევ წინ აქვს საქართველოს აღმოჩენის სიამოვნება. იმისათვის, რომ ამ საოცარი ქვეყნის…

Posted by US Embassy Tbilisi, Georgia on ოთხშაბათი, 18 სექტემბერი, 2019