ABŞ səfirliyi Gürcüstanda yaşayan vətəndaşlarına müraciət edir
ABŞ səfirliyi Gürcüstanda yaşayan vətəndaşlarına müraciət edir

ABŞ-ın Gürcüstandaki Səfirliyi ABŞ iqtidarının işinin dayanması ilə bağlı Gürcüstandaki vətəndaşlarına müraciət edir.

Səfirliyin Facebook səhifəsində yayılan bəyanatda deyilir ki, ABŞ Səfirliyinin konsulluq xidməti konqres tərəfindən büdcə vəsaitlərinin assiqnasiyasına qədər davam edəcək.

“Əgər viza üçün söhbət gününüz artıq təyin edilibsə, gərəkən vaxtda səfirliyə gələ bilərsiniz. ABŞ iqtidarının fəaliyyətinin bərpasına qədər bu səhifə, təcili məlumat istisna olmaqla, requlyar şəkildə yeniləşdirilməyəcək” – deyilir bəyanatda.

ABŞ konqresi büdcəsini ikinci cəhdlə də təsdiqləyə bilmədi. Nəticədə, ölkə iqtidarı fəaliyyətini dayandırdı.

ABŞ-da bu artıq ikinci Shutdown-dur.

Belə bir dayanma yanvarın 19-da oldu və iqtidarın fəaliyyətinin davam etməsi üçün müvəqqəti büdcə təyin edildi, hansı ki, fevralın 8-də tükəndi.