ABŞ səfirliyi - Bu heyrətamiz qələbə və möhtəşəm oyun münasibətilə sizi təbrik edirik, Gürcüstanın bütün azarkeşləri ilə birlikdə bayram edirik
ABŞ-ın Gürcüstandakı səfirliyi Gürcüstanı Portuqaliya üzərində qələbə münasibətilə təbrik edir.
“Gürcüstanın yığması sarsılmaz ruh nümayiş etdirməkdə davam edir!
Bu heyrətamiz qələbə və möhtəşəm oyun münasibətilə sizi təbrik edirik. Gürcüstanın bütün azarkeşləri ilə birlikdə bayram edirik !”– ABŞ səfirliyinin təbrikində qeyd olunub.
Gürcüstanın milli komandası Avropa çempionatının qrup mərhələsinin son oyununda Portuqaliyaya 2:0 hesabı ilə qalib gələrək tarixin yeni səhifəsini açdı. “Xaçlılar” özlərinin ilk Avropa Çempionatında 1/8 finala yüksəldilər.