ABŞ Səfirliyi - Biz hakimiyyəti qanunu pozanları məsuliyyətə cəlb etməyə və zorakılığın qəbuledilməz olduğunu açıq şəkildə göstərməyə çağırırıq
ABŞ Səfirliyi - Biz hakimiyyəti qanunu pozanları məsuliyyətə cəlb etməyə və zorakılığın qəbuledilməz olduğunu açıq şəkildə göstərməyə çağırırıq

Biz hakimiyyəti qanunu pozanların hamısını məsuliyyətə cəlb etməyə və zorakılığın qəbuledilməz olduğunu açıq şəkildə göstərməyə çağırırıq- ABŞ-ın Gürcüstandakı səfirliyinin bəyanatında bu haqda deyilir.

Bəyanatda qeyd edildiyi kimi, Gürcüstan hökuməti Gürcüstanın bütün vətəndaşlarının əsas hüquqlarını qorumağa borcludur.

“Tbilisi Pride” bu gün planlaşdırılan qapalı tədbiri ləğv etmək məcburiyyətində qaldı, çünki zorakılıqla hədələyən itaətsiz izdiham iştirakçıları konstitusiya ilə qorunan dinc toplaşmaq hüququndan məhrum etdi. Gürcüstan hökuməti Gürcüstanın bütün vətəndaşlarının əsas hüquqlarını qorumağa borcludur. Zorakılıq, hədə-qorxu və ya fərqli fikirləri susdurmaq hədəsi qeyri-demokratikdir və Gürcüstanın tolerantlıq, mərhəmət və plüralizm tarixinə ziddir. Biz hakimiyyəti qanunu pozan bütün şəxsləri məsuliyyətə cəlb etməyə və zorakılığın qəbuledilməz olduğunu açıq şəkildə göstərməyə çağırırıq” – ABŞ səfirliyinin bəyanatında deyilir.