ABŞ səfirliyi - ABŞ hərbçiləri üçün gürcü yoldaşları ilə xidmət etmək şərəf idi
ABŞ səfirliyi - ABŞ hərbçiləri üçün gürcü yoldaşları ilə xidmət etmək şərəf idi

 

ABŞ səfirliyi Gürcüstan hərbçilərini Əfqanıstandan evlərinə təhlükəsiz qayıtmaları münasibətilə təbrik edir.

ABŞ-ın Gürcüstandakı səfirliyinin məlumatında qeyd olunub ki, bu , NATO-nun egidiyası ilə keçirilən sıx dəstək missiyasının başa çatmasının tarixi anıdır.

“Gürcüstanın 32-ci Piyada Batalyonunu vətənə sağ-salamat qayıtması münasibətilə təbrik edirik. Bu, NATO-nun egidiyası ilə keçirilən sıx dəstək missiyasının başa çatmasının tarixi anıdır. Son yeddi il ərzində ümumilikdə 7078 gürcü əsgəri təlimlərdən keçib və ABŞ dəniz piyadaları ilə birlikdə çiyin-çiyinə xidmət edib. ABŞ hərbçiləri üçün sülhməramlı əməliyyatlarda həyatlarını təhlükəyə atan və Gürcüstan xalqının Avroatlantik inteqrasiyaya möhkəm bağlılığını nümayiş etdirən gürcü yoldaşlarla xidmət etmək şərəf idi” -deyə ABŞ-ın Gürcüstandakı səfirliyinin məlumatında qeyd olunub.

Gürcüstan Müdafiə Qüvvələrinin hərbçiləri qlobal təhlükəsizliyin möhkəmləndirilməsində Əfqanıstanda 17 illik uğurlu xidməti başa vurublar. Gürcüstan kontingenti tərəfindən Əfqanıstandakı beynəlxalq missiyanın başa çatmasına həsr olunmuş mərasim bu gün Senakidə 2-ci Piyada Briqadasının bazasında keçirilib.